Günəşdəki partlayışlar daha təhlükəli hal almağa başladı

 Günəşdəki partlayışlar daha təhlükəli hal almağa başladı

Mayın 10-11-də Günəşdə baş verən güclü partlayışlar daha təhlükəli hal almağa başlayıb.

Titul.az xəbər verir ki, bunun nəticəsində nəticəsində yaranan güclü geomaqnit qasırğası Yerin dəniz dərinliklərinə çatıb.

Bu barədə Viktoriya Universitetində “Ocean Networks Canada” (ONC) layihəsinin tədqiqatçıları məlumat veriblər.

Kanadanın qərb və şərq sahillərində yerləşən ONC sualtı rəsədxanaları 2,7 km dərinlikdə planetin maqnit sahəsinin müvəqqəti təsirini qeydə alıb.

Alimlərin fikrincə, yaxın bir neçə il indiki Günəş tsiklinin pik dövrü olacaq, ona görə də bu cür hadisələr əvvəlki illərlə müqayisədə çox tez-tez baş verəcək.

22:48 - 17 May 2024

Xəbər lenti