Moskvada azərbaycanlı biznesmen qətlə yetirilib.
Titul.az xəbər verir ki, 69 yaşlı Əşrəf Fəttahovun qətlində oğlu şübhəli qismində saxlanılıb. Fəttahovun oğlu, 30 yaşlı Fərid artıq saxlanılıb.
İlkin versiyaya görə, Fərid Fəttahov atasını döyərək öldürüb, sonra özünü binadan atıb.
Qeyd edək ki, Fəttahov müxtəlif vaxtlarda Egvekinot dəniz limanının, “Spetsstroyexploitation” şirkətinin və Ural Geoloji Ekspedisiyasının direktorlar şurasının sədri olub. Fəttahov həm də Mərkəzi Elmi-Tədqiqat Metallurgiya və Materiallar İnstitutunun, eləcə də “Qazprom”un Bryansk filialının direktorlar şurasının üzvü olub.
18:39 - 17 May 2024