İtaliyanın şimalındakı Emilia-Romaqna, Lombardiya və Veneto bölgələrində miqdardan artıq yağışlar sel fəlakətinə səbəb olub.
Titul.az xəbər verir ki, İtaliya höküməti artıq 15 nəfərin həlak olduğunu açıqlayıb. Xilasetmə qruplarının apardığı əməliyyatlar nəticəsində 300-dən çox insanın həyatını qurtarmaq mümkün olub.
Xəstəxanaya çatdırılanlar arasında uşaqlar, hamilə qadınlar və yaşlı insanlar da var.
Qeyd edək ki, sel fəlakəti İndoneziyada 58, Braziliyada 150 insanın ölümü ilə nəticələnib.
17:58 - 17 May 2024