Müğənni Səidə Sultan həyat yoldaşının kimliyini bilmək istəyənlərin bostanına daş atıb.
Titul.az xəbər verir ki, müğənni həyat yoldaşı ilə bağlı sualları cavablandırarkən "Həyat yoldaşımı görmək istəyən bizə gəlsin", - ifadəsini işlədib.
O, aparıcı Saleh Bağırovun "Axır-əvvəl onu görəcəyik, ya yox" sualına "Bəlkə, qocalanda görə biləsiniz" cavabını verib.
Səidə həyat yoldaşının sevdiyi musiqi tərzindən də danışıb:
"Həyat yoldaşım meyxananı, şeiri sevir. Mənə sonuncu dəfə "Nəydi günahım" mahnımı dedi oxu. Aydın Xırdalanlının bir mahnısını da oxumağımı məsləhət görüb. Məni bu tərzimə görə sevib".
16:13 - 17 May 2024