Sankt-Peterburq müğənni qətlə yetirilib.
Titul.az xəbər verir ki, öldürülən şəxs “Una” musiqi qrupunun solisti Anastasiya Kotovadır. Onun sevgilisi tərəfindən döyülərək öldürüldüyü bildirilir.
Məlumata görə, 37 yaşlı Anastasiya və onun 31 yaşlı sevgilisi Artem Kolpinodakı bir mənzildə birlikdə olublar. Bu zaman cütlük arasında münaqişə yaranıb, sərxoş sevgilisi Anastasiyaya bir neçə güclü zərbə vurub.
Müğənni qan içində yatarkən gənc isterik vəziyyətdə 112-yə zəng vurub və heç bir suala aydın cavab verə bilməyib. Nəticədə Anastasiya aldığı xəsarətlərdən yerindəcə keçinib.
13:00 - 17 May 2024