Kuryerin ölümü ilə bağlı ilginc detallar məlum olub.
Titul.az xəbər verir ki, İstanbulun məşhur Zincir restoranında kuryer kimi çalışan 20 yaşlı tələbə Ata Emre Akmanı çoxlu bıçaq zərbəsi ilə öldürən 17 yaşlı E.Ö.-nün ifadəsi ortaya çıxıb.
Qətldə şübhəli "Atamın ikinci həyat yoldaşı Sultan Dönmezi tanıdğını dedi. Haradan tanıdığını soruşanda mənə kobud cavab verdi. Bundan sonra onu bıçaqladım", - ifadəsini verib.
15:23 - 17 May 2024