"Saatımı göstər. Neçə gündür bir çəpgöz "ayı" deyir ki, mən bu saatı qonşudan alıb taxıram. Qonşudan bir dəfə bir şeyi almaq olar - sattı da, nəyisə də".
Titul.az xəbər verir ki, bu fikirləri müğənni Təranə Qumral qonağı olduğu "Həmin Zaur" verlişində səsləndirib.
Təranə Nazəninlə bitmək bilməyən qalmaqalına yenisini də əlavə edib:
"Hər gün gedib qonşunun qapısın döymək olmaz ki, mənə saatını ver".
Verlişdən sözügedən kadrları təqdim edirik:
"Mən şişildilmiş qiymət deməyəcəyəm. Təəssüflər olsun ki, verilişə gələn digər həmkarlarım geyindikləri geyim, taxdıqları aksessuarlarının qiymətini şişildilmiş şəkildə deyirlər.
Qeyd edək ki, birneçə gün öncə Nazənin Salayeva "Rəngarəng səhər" verilişində qonaq olarkən Təranə QUmralın ünvanına atmacalı ifadələri ilə diqqət çəkib: "Mən şişildilmiş qiymət deməyəcəyəm. Təəssüflər olsun ki, verilişə gələn digər həmkarlarım geyindikləri geyim, taxdıqları aksessuarlarının qiymətini şişildilmiş şəkildə deyirlər".
Beləcə, o, geyimlərinin qiymətini süni şəkildə artırdığını iddia etdiyi həmkarını tənqid edib: "Biri deyir ki, saatımın və üzüyümün qiyməti 52 min manatdır. Amma sürdükləri avtomobillərinin qiyməti 15-20 mindir. Həyatda beş gün yaşayırıq. Normal müğənnidirlər, insan arasına çıxırlar, o 52 minə dediyi saatı satıb özlərinə yaxşı avtomobil alsınlar. Əyləşib maşına həyatlarının keyfini çəksinlər. Qonşudan, rəfiqələrindən alırlar, mağazadan kirayə götürürlər".
Xatırladaq ki, sözgedən verilişdə daha əvvəl Nazəninin qalmaqal yaşadığı müğənni Təranə Qumral qonaq olaraq ümumilikdə proqrama gəlmək üçün 52 min manat xərclədiyini açıqlamışdı.
Onu da əlavə edək ki, Nazəninlə Təranə Qumral arasında qalmaqal ANS-də yayımlanan "Bazar səhəri" verilişində başlamışdı. Tərəflər bir-birinin ünvanına təhqiramiz sözlər işlətmişdi. T.Qumral Nazənini onun həyat yoldaşı Musa Musayevlə sevgili olmaqda günahlandırmışdı.
01:46 - 23 Noyabr 2023