"Dişini yumayan məni tənqid edir" - Elzadan SƏRT SÖZLƏR

"Tənqidçilər sübut edəcək qədər tənqdi bacarmalıdırlar".

Titul.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan qonaq olduğu verilişdə səsləndirib.

Müğənni sosial şəbəkədə onu tənqid edənlərə bağlı danışarkən bildirib:

"Yoxsa savadsız, ailə tərbiyyəsi, məktəb, parta görməyən, dişini yumayan, ayaqqabı görməyən, ancaq çəkələk geyinən sənə şərh yazır ki, bunu bəyənmirəm. Bu, musiqiyə, bizim savada təhqirdir. Konsevatoriyada musiqişünaslar və tənqidçilər ayrıdır. Biz musiqi ifa edəndə gözləyirik ki, tənqidçilər tənqid etsin və biz inkişafa gedək".

09:31 - 17 May 2024

Xəbər lenti