İstanbulda günlərdir yoxa çıxan gəncin meyiti tapılıb.
Titul.az xəbər verir ki, aparıcı Müge Anlı, Yaser Altaş adlı gəncin cənazəsinin Kadıköy Moda Sahilində tapıldığını bildirib.
Məlum olub ki, yoxa çıxmamışdan öncə ailəsinə bir məktub yazan Yaser, orada borclarının olduğunu qeydini edib.
Məktubda yazıb:
"Mən heç vaxt insan olmadım, hər zaman özümdən nifrət etdim. Çüvrəmə ancaq zərər verdim. Nə ailəmə yaxşı övlad ola bildim,, nə də şəxsiyyət olmağı bacardım. Heç kim mənə görə üzülməsin. Bir az borclarım var, əşyalarımı satarsınız".
Onun bu yazdığı məktubun vida məktubu olduğu ehtimal edilir. Bu səbəbdən onun özünün canına qəsd etdiyi iddiaları daha da artır.
Polis araşdırmalara başlayıb.
16:05 - 16 May 2024