Moskva "Dinamo"su Lunyova ELÇİ DÜŞDÜ

 Moskva

Moskva "Dinamo"su "Qarabağ"ın futbolçusuna elçi düşüb.

Titul.az Rusiya mediasına istinadən xəbər verir ki, "köhlənatların" 32 yaşlı qapıçısı Andrey Lunyovun xidmətində maraqlı Moskva təmsilçisi onu bu yay qapı mövqeyinə gətirmək istəyir.

Qeyd edək ki, Lunyova vətənindən ilk təklif deyil. Daha əvvəl Rusiya mediasında Andrey Lunyovun "Krılya Sovetov"a keçə biləcəyinə dair də xəbərlər yayılmışdı.

Xatırladaq ki, qapıçının "Qarabağ"la 1+1 illik müqaviləsi var. 

13:56 - 16 May 2024

Xəbər lenti