İstedadlı müğənni Samir Cavadzadə “Tarixin bir günü” verilişində həmkarlarından giley-güzar edib.
Titul.az xəbər verir ki, o bildirib ki, bəzi ifaçılar ailələrini gündəm etməyə çalışırlar.
Samir Cavadzadə deyib:
“Bir az gündəmdən düşən kimi ailələrini efirə gətirirlər. Təki müzakirə etməyə səbəb olsun. Bununla da efirdə qalacaqlar. Belə düşünürlər. Mən düşünürəm ki, o ifaçılar, bilirlər ki, gündəmdə mahnılar ilə çox qalmayacaqlar”.
11:52 - 16 May 2024