Rusiyada məşhurluğunun zirvəsini yaşayan azərbaycanlı müğənni Coni (Cahid Hüseynli) sosial media hesabında etdiyi paylaşımla diqqətləri üzərinə çəkib.
Titul.az xəbər verir ki, Coni hələ 14 yaşında olarkən Zaur Kamalın Rusiyadan hazırladığı verlişində lentə alınan kadrlarını sosial şəbəkə hesabında paylaşıb.
Coni videonun sonunda "Öz xəyallarınıza, məqsədlərinizə, özünüzə inanın. Əminəm ki, bu həyatda hər şey alınacaq, gec və ya tez. Bu sadəcə zaman məsələsidir" deyə, bildirib.
Həmin kadrları təqdim edirik:
13:30 - 16 May 2024