Xalq artisti Aygün Kazımova türkiyəli müğənni-bəstəkar Genco Ecerlə duet şəklində oxuduğu "Maşallah" mahnısına çəkdirdiyi klip səhnələri ilə diqqət çəkib.
Titul.az xəbər verir ki, Aygün Kazımova klipdən kadrarxası məqamlarla bağlı açıqlamalar edib. Müğənni ekran işində yaratdığı ən maraqlı və çətin obrazın hazırlıq məqamlarını öz instaqram hesabında yayımlayıb.
Kadrdan da göründüyü kimi obrazı yaratmaq üçün uzun hörüklərdən istifadə edilib. Məlum olub ki, həmin kadrları çəkmək üçün Xalq artistinin saçları saatlarla asılı vəziyyətdə qalıb.
Qeyd edək ki, Aygün Kazımova-Genco Ecer duetinə çəkilən klip iki gün içində yutubda trendə düşüb.
09:19 - 16 May 2024