Konyada bir nəfər təxminən 2 saat ərzində mübahisə etdiyi dostu Hasan A.-ni (32) tapançayla yaralayıb, ofisinə hücum etdiyi memar doostu Necati Şadi K.-nı (29) isə ov tüfəngi ilə öldürüb.
Titul.az xəbər verir ki, qanlı hadisə ilə bağlı detallar ortaya çıxıb.
Məlum olub ki, hadisə gecə saatlarında çübhəli şəxs Mevlüt T., əvvəllər inşaat məsələləri üçün pul verib, geri ala bilmədiyi dostu Hasan A.-nı üzərindəki tapança ilə qətlə yetirib. Ardınca o, ürəyi soyumayıb, Hasanın boğazını da kəsib.
Bunun ardınca Mevlüt T., qısa zaman kəsiyində memar dostu olan Necati Şadi Kılıça aid ofisə gedib. Burada Mevlüt T., Hasan A.-nı vurduğu ov tüfəngi ilə memar dostunu da vuraraq hadisə yerindən qaçıb. Hər iki şəxs hadisə yerindəcə dünyasın dəyişib.
Polisin keçirdiyi əməliyyat zamanı şübhəli yaxalanıb, ifadəsi alınmaq üçün şöbəyə partılıb.
15:35 - 15 May 2024