Özünü müəllim kimi təqdim edib məktəbə daxil oldu - Dəhlizdə qız şagirdə...

 Özünü müəllim kimi təqdim edib məktəbə daxil oldu - Dəhlizdə qız şagirdə...

Türkiyənin Uşak bölgəsində özünü riyaziyyat müəllimi kimi təqdim edən şəxsin iyrənc əməlinin üstü açılıb.

Titul.az xəbər verir ki, həmin şəxs qız şagirdinə təcavüz edib.42 yaşlı adam məktəbin dəhlizinə daxil olaraq özünü yeni müəllim kimi təqdim edərək, şagirdlərdən birinə əl ilə təcavüz edib.

Digər şagirdlər bu məsələ ilə bağlı digər müəllimlərə məlumat veriblər. Müəllimlər və məktəbin digər səlahiyyətliləri həmin şəxsi aşkar edərək onu məktəbin otaqlarından birinə salaraq qapını bağlayıblar. Vəziyyətlə bağlı polisə məlumat verilib. Aparılan araşdırma zamanı həmin şəxsin nə müəllim olduğu, nə də həmin məktəbdə bir yaxınınm təhsil almadığı üzə çıxıb. 

Məhkəməyə çıxarılan təqsirkar barəsində həns qərarı verilib. 

 

 

02:51 - 15 May 2024

Xəbər lenti