Psixologiya elə bir sahədir ki, burada insanın hər bir ruh halına cavab var. Üstəlik, insanlarla ünsiyyətdə, hətta övladlarımızın tərbiyəsində belə psixoloji biliklərə sahib olmaq çox müsbət haldır.
Bəs reallıq necədir?
Müasir Psixologiya Mərkəzinin direktoru, klinik psixoloq Aidə Sübhanın sözlərinə görə, cəmiyyətdə psixologiya anlayışı heç də düzgün qavranılmır:
“Psixoloji narahatlıqlar hər yaşda görülsə də, hər cəmiyyətdə və mühitdə insanlar tərəfindən fərqli qarşılanır. Bu gün insanların yanında psixoloqun adını çəkəndə adama qəribə baxırlar. Bir çoxları psixoloqlara və yaxud terapistlərə müraciət etməkdən çəkinirlər. Halbuki, fiziki narahatlıqlar kimi, psixoloji narahatlıqlar da mütəxəssisin dəstəyi ilə həll olunmalıdır.
Təəssüflər olsun ki, indiki dövrdə hələ də insanlar psixologiya barədə çox az biliyə malikdirlər.
Müasir dövrdə psixologiya insan haqqında ən mühüm elmlərdən biri kimi diqqəti cəlb edir. Təsadüfü deyildir ki, hazırda insan həyatı və fəaliyyətinin elə bir sahəsi yoxdur ki, psixologiya elmi oraya nüfuz etməsin. Bu gün ailədə övladlarımızla ünsiyyətdə, onların davranışlarını anlamaqda, hətta kaprizlərini belə başa düşməkdə biz böyüklər çətinlik çəkirik. Nə etməli? Əlbəttə, insan psixologiyasının əlifbasını bilən peşəkarlara üz tutmalı".
13:54 - 14 May 2024