Müğənni Kəmalə Qaramollayeva ikinci dəfə ailə qurub.
Titul.az bizim.media-ya istinadən bildirir ki, bu haqda sənətçi qonaq olduğu "Xəbərin var?" maqazin verilişində məlumat verib.
Sənətçi bildirib ki, ikinci dəfə ailə qurduğu şəxs yəhudi iş adamıdır:
"Mən ikinci dəfə ailə qurmuşam. Həmin şəxs isə yəhudidir. Biz onunla qohum deyilik. Onunla toyum olanda istəmədim gündəmə gəlsin. Belə şeylərlə gündəmə gəlmək istəmirəm. Birinci ailə qurmağımla bağlı çox müzakirələr olundu, çox danışıldı. Gözə, nəzərə inanan insanam. Başımıza çox işlər gəldi. Heç bir səbəb olmadan 5 il övlad sahibi ola bilmədim.
Səbəb olmadan mənə "izeopatik sonsuzluq" diaqnozu qoyulmuşdu. Səbəb də bilinmir ki, biz müalicə alaq. İsrailə qədər getdik. İkinci dəfə ailə qurmağımla bağlı yaxınlarım da bilir. Mənim ilk həyat yoldaşım türk deyil, Azərbaycan vətəndaşıdır. O və atası bakılıdır. Qorxulası, utanalası, gizlədəsi yerim yoxdur".
Qeyd edək ki, Kəmalə Qaramollayevanın bir oğlan övladı var.
17:36 - 22 Noyabr 2023