Lənkərandakı zəlzələdən sonra bir sıra xırda təkanlar qeydə alınıb.
Titul.az xəbər verir ki, bu fikirləri AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli media nümayəndələrinə açıqlaması zamanı deyib.
O qeyd edib ki, baş verən zəlzələ Qarabağda da hiss olunub. Amma ciddi dağıntı qeydə alınmayıb.
“Əhali narahat olmasın. Güclü zəlzələ gözlənilmir”, - deyə o qeyd edib.
Qeyd edək ki, mayın 11-də Lənkəranda 5,3 bal gücündə zəlzələ olub. Ocağı 20 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 6 bala yaxın, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Astara, Neftçala, Masallı, Biləsuvar, Saatlı, Salyan, Beyləqan, İmişli, Füzuli və digər rayonlarda 5-3 bala qədər hiss olunub.
13:08 - 13 May 2024