Ankarada iki qonşunun gizli eşqi qətllə bitib.
Titul.az referans.az-a istinadən xəbər verir ki, gecə saatlarında Mamak məhəlləsində baş verən hadisədə həm evli, həm də uşaq sahibi olan Həsən D. ilə üzbəüz yaşayış binasından qonşusu N.B. tanış olduqdan qısa müddət sonra sevgili olublar. Bir neçə ay birlikdə olan və bu müddət ərzində münasibətlərini gizlətdiyi iddia edilən cütlük Həsən D.-nin istəyi ilə ayrılıb.
Sevgilisini geri qaytarmaq cəhdləri heç bir nəticə verməyən N.B əlindəki silahla Həsən D.-nin yaşadığı yaşayış binasının qarşısında gözləməyə başlayıb. Keçmiş sevgilisinin gəldiyini görən N.B bir neçə dəfə atəş açıb.
Ətrafdakıların xəbəri üzərinə hadisə yerinə sağlamlıq və polis qrupları sövq edilib. Həsən D. hadisə yerində ölüb.
Hücum edən N.B tutularaq saxlanılıb.
Qeyd edək ki, cütlüyün birinin 3 , digərinin 2 uşağı var imiş.
10:11 - 11 May 2024