500 manat dəfn müavinəti verilə bilər - TƏKLİF EDİLDİ

 500 manat dəfn müavinəti verilə bilər - TƏKLİF EDİLDİ

Bütün vətəndaşlara 500 manat dəfn müavinət verilməlidir.

Titul.az xəbər verir ki, bu təkliflə deputat Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında çıxış edib.

O qeyd edib ki, istənilən Azərbaycan vətəndaşı işləyib-işləməməsindən asılı olmayaraq, bu müavinəti almalıdır.

“Əmək pensiyası alanlar üçün bu məbləğ 500 manatdır. Bütün vətəndaşlara 300 manat da olsa, 500 manat da olsa, dəfn müavinəti verilməlidir”, - deyə o qeyd edib.

12:26 - 7 May 2024

Xəbər lenti