Azərbaycanda bu qadınlar daha tez pensiyaya çıxa biləcəklər

 Azərbaycanda bu qadınlar daha tez pensiyaya çıxa biləcəklər

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslər erkən pensiyaya çıxacaq.

Titul.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Əmək pensiyaları haqqında” qanunu təsdiqləyib.

Qanun həqiqətən övladlığa və qəyyumluğa götürülməyə ehtiyacı olan, analoji dövlət müəssisələrində yerləşdirilmiş uşaqların ailə qayğısı ilə əhatə olunmasını stimullaşdıracaq, habelə bu alətdən sui-istifadə imkanını aradan qaldıracaq.

17:51 - 3 May 2024

Xəbər lenti