Fransa səfiri Azərbaycana QAYITDI

 Fransa səfiri Azərbaycana QAYITDI

Fransa səfiri Ann Buayon Azərbaycana qayıdıb

Titul.az xəbər verir ki, bu barədə Trend-ə diplomatik mənbədən bildirilib.

Qeyd edilib ki, səfir artıq diplomatik fəaliyyətini davam etdirir.

Xatırladaq ki, 16 aprel tarixində Fransa Azərbaycandakı səfirini geri çağırıb. Paris bunun “Azərbaycanın birtərəfli fəaliyyəti, iki ölkə arasında münasibətlərə xələl gətirməsi” ilə bağlı olduğunu iddia edib.

13:24 - 30 Aprel 2024

Xəbər lenti