Laçın rayonuna köçən jurnalist Yeganə Quliyevaya vəzifə verilib.
Titul.az xəbər verir ki, bu barədə jurnalist özü məlumat verib. Bildirib ki, o Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətində İctimaiyyətlə əlaqələr şöbəsinin böyük məsləhətçisi vəzifəsinə təyinat alıb. Y. Quliyeva artıq işinin icrasına başlayıb.
Xatırladaq ki, Y.Quliyeva Laçın rayonunda doğulub. 1992-ci ildə Laçın işğal olunandan sonra ailəsi ilə birlikdə Bakıda məskunlaşmışdı. Y. Quliyeva bir sıra aparıcı media qurumlarında çalışıb.
10:38 - 26 Aprel 2024