Azərbaycanda məşhur həkim ÖZÜNÜ GÜLLƏLƏDİ

 Azərbaycanda məşhur həkim ÖZÜNÜ GÜLLƏLƏDİ

Respublikanın sabiq baş pediatrı, Tibb elmləri doktoru, professor Nəsib Quliyev özünü öldürüb.

Titul.az xəbər verir ki, o, özünü evində ov tüfəngi ilə güllələyib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.

Hadisəni Titul.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən təsdiqləyiblər.

Məlumtda bildirilib ki, 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də Abşeron rayonu ərazisində yerləşən yaşadığı evdə özünü odlu silahdan atəş açaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Hadisənin baş vermə şəraiti və səbəbləri tam, hərtərəfli və obyektiv araşdırılmaqla müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

14:17 - 24 Aprel 2024

Xəbər lenti