Tanınmış aktyor Cövdət Afiq oğlu Şükürovun həyat yoldaşı Əliyeva Nigar Aləddin qızı nigahlarının etibarsız sayılması ilə bağlı məhkəməyə ərizə verib.
Titul.az bildirir ki, "unikal"ın əldə etdiyi məlumata görə, məhkəmə prosesinin hazırlıq iclası bu gün Xətai Rayon Məhkəməsində hakim Şəhriyar Əliyevin sədrliyi ilə keçiriləcək.
Xatırladaq ki, bu Cövdət Şükürovun 2-ci evliliyi olub. Bundan öncə aktyor 2019-cu ildə Sara Şükürova adlı xanımdan boşanıb. Həmin evlilikdən aktyorun 2 övladı var.
13:50 - 24 Aprel 2024