Türkiyə vaxtı ilə saat 23.05-də Mərmərə dənizində Balıkəsir sahillərində 4,1 bal gücündə zəlzələ baş verib.
Titul.az xəbər verir ki, zəlzələ Balıkəsirlə yanaşı, İstanbul, Bursa, Tekirdağ və Çanaqqalada da hiss olunub.
Təbii Fəlakət və Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) Balıkəsirdən 3,1 kilometr uzaqlıqda baş verən zəlzələnin maqnitudasını 4,1 olaraq açıqlayıb.
Məlumatda qeyd olunur ki, zəlzələ yerin 4,33 kilometr dərinliyində baş verib.
01:30 - 8 Noyabr 2023