Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ

 Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ

Bakının Sabunçu rayonunda qətl baş verib.

Titul.az xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

1990-cı il təvəllüdlü Salamzadə Etibar Tahir oğlu işlədiyi "Bakıxanov" çörək zavodunda iş yoldaşı Elşən adlı şəxslə mübahisə edib.

Daha sonra hər iki tərəf zavoddan çıxaraq küçədə əlbəyaxa dava ediblər.

Elşən E.Salamzadəyə bıçaq zərbələri endirib.

Yaralı Etibar Salamzadə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanılıb./lent.az

10:04 - 20 Aprel 2024

Xəbər lenti