Aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov türkiyəli aktyor və müğənni Halil İbrahim Kalaycıoğluna bahalı hədiyyə edib.
Titul.az bizim.media-ya istinadən bildirir ki, məşhurla Bakıda bir araya gələn Hacı Nuran sənətçiyə "Bugatti" avtomobilini hədiyyə edib.
Məmmədov lüks markalı nəqliyyat vasitəsinin sükanı arxasından düşən Halil İbrahimlə əl-ələ salamlaşdıqdan sonra "Bu, sizə kiçik hədiyyəmdir" sözlərini dilə gətirib. Türkiyəli məşhur isə təşəkkürünü bu sözlərlə ifadə edib:
"Bu hədiyyə ilə həqiqətən də məni utandırdın. Bu avtomobilin bir də qarasını mənə hədiyyə edərsən. İkinci avtomobil qara olsun".
15:46 - 19 Aprel 2024