Azərbaycanlıların Ermənistana qaytarılması məsələsi ilə bağlı Moskvadan İLK AÇIQLAMA

 Azərbaycanlıların Ermənistana qaytarılması məsələsi ilə bağlı Moskvadan İLK AÇIQLAMA

Ötən əsrin 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Ermənistanı tərk etmiş azərbaycanlıların geri qayıtması üçün böyük həcmdə işlər görülməlidir.

Titul.az “Report”-a istinadən xəbər verir ki, bunu ötən gün Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

O, Azərbaycanın Qarabağ regionunun erməni sakinlərinin reinteqrasiyası planını dəstəklədiklərini vurğulayıb.

Qeyd edək ki, 44 günlük müharibədən sonra ilk dəfə olaraq Rusiya hökuməti azərbaycanlıların Qərbi Azərbaycana (Ermənistana) qayıdışı ilə bağlı belə bir açıqlama verir. 

12:31 - 19 Aprel 2024

Xəbər lenti