Quba seysmoloji stansiyasından 38 kilometr şimal-şərqdə, Xaçmaz rayonunda zəlzələ baş verib.
Titul.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Yerli vaxtla saat 20:33-də qeydə alınan zəlzələnin maqnitudası 3,0 olub.
Ocağı 2 kilometr dərinlikdə yerləşən yeraltı təkan hiss olunmayıb.
Qeyd edək ki, bu gün Quba stansiyasından 28 km şimal-şərqdə Xaçmaz ərazisində daha bir zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərdə zəlzələnin maqnitudası 3.1, dərinliyi 6 km olub. Zəlzələ hiss olunmayıb.
00:31 - 22 Noyabr 2023