Xəbər verdiyimiz kimi, aparıcı Aytən Səfərova ağır avtomobil qəzasına düşüb.
Titul.az xəbər verir ki, aparıcının həyat yoldaşı Nazim Piriyev teleqraf.com-a açıqlamasında aparıcının hazırda xəstəxanada olduğunu deyib:
"Aytən xanım 1 saylı Şəhər Klinik Xəstəxanasındadır. Qəzada müxtəlif bədən xəsarətləri alıb. Hazırda müayinə olunur. Həkimlərdən cavab gözləyirik".
12:42 - 17 Aprel 2024