İki məşhur klub Qurban Qurbanovu transfer etmək üçün HƏRƏKƏTƏ KEÇDİ

 İki məşhur klub Qurban Qurbanovu transfer etmək üçün HƏRƏKƏTƏ KEÇDİ

Bu mövsüm Avropa Liqasındakı uğurlu çıxış "Qarabağ"ın diqqət mərkəzinə düşməsinə səbəb olub.

Titul.az offsideplus.az-a istinadən xəbər verir ki, "köhlən atlar"ın həm futbolçularına, həm də baş məşqçisi Qurban Qurbanova böyük maraq var. Tanınmış çalışdırıcı ilə 2 klub yaxından maraqlanır. Bu məlumatı saytımıza açıqlamasında agent Emil Şükürov dedi:

"Qurban Qurbanovun adı 2 klubun "short-list"ində yer alıb. Söhbət "Beşiktaş" və "Spartak"dan gedir. İstanbul təmsilçisi artıq mütəxəssislə təmasa keçib. Moskva klubunun yaxın günlərdə rəsmi təklif göndərəcəyi gözlənilir. "Spartak"ın sponsoru Vahid Ələkbərovun Qurban Qurbanovun namizədliyinə isti yanaşdığı bildirilir"

16:49 - 16 Aprel 2024

Xəbər lenti