Maaş və pensiyalarda yeni artımlar olacaq? - VACİB AÇIQLAMA - VİDEO

 Maaş və pensiyalarda yeni artımlar olacaq? - VACİB AÇIQLAMA - VİDEO

"Dünya bazarında "Brent" markalı neftin qiymətində artımlar müşahidə edilir. Son qiymətlər göstərir ki, bir barel “Brent” markalı neftin qiyməti 90 dollardan baha təklif olunur". 

Titul.az Manset.az-a istinadən xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov bildirib. 

Deputat əlavə edib ki, bir ay öncə bu rəqəm 82 ABŞ dolları təşki ledirdi:

"Neftin qiymətindəki artımlar davam edir. Bu artımlar fonunda ölkəyə daxil olan xarici valyutanın həcmi də artır.

Nəzərə almaq lazımdır ki, 2024-cü ilin dövlət büdcəsinin 45%-i, cari xərclərinin 70%-i sosial xərclər təşkil edir. Növbəti dövrlərdə fiskal gəlirlərimizə uyğun olaraq sosial istiqamətdə artımların olacağı istisna deyil". 

11:24 - 15 Aprel 2024

Xəbər lenti