Xəbər verdiyimiz kimi, Xalq artisti Natiq Şirinovun qızı Sevilin toyu olub.
Titul.az axşam.az-a istinadən bildirir ki, gecədə bir çox maraqlı anlar yaşanıb. Onlardan biri isə Şirinovun özü kimi nağara ifaçısı olan oğlu Ümid Natiqoğlu və xanımı Fatimənin ifası olub.
Onlar "Ey fələk" oxuyaraq bəylə gəlinə sürpriz ediblər.
Qeyd edək ki, Fatimə Xalq artisti Alim Qasımovun nəvəsi, Əməkdar artist Fərqanə Qasımovanın qızıdır.
10:30 - 12 Aprel 2024