Müğənni əsəbiləşib efiri tərk etdi, aparıcı isə...

 Müğənni əsəbiləşib efiri tərk etdi, aparıcı isə...

Müğənni Əbdül Xalid "Xeyirli axşamlar" verilişini əsəbiləşərək tərk edib.

Titul.az teleqraf.com-a istinadla xəbər verir ki, buna səbəb Əbdül Xalidin ifa etdiyi mahnının yarımçıq kəsilməsi olub.

Aparıcı Anar Vaqifoğlu Əbül Xalidə "Oxuduğun bura qədər imiş? Mahnını axıra kimi yazdır da... Bəlkə, yarımçıq yazdırmısan", - deyib.

Müğənni isə aparıcıya "Bunun başqa səbəbləri var. Hörmətsizlikdir. Nə isə...", - cavab verərək efiri tərk edib.

Aparıcı isə Əbdül Xalidə etirazını bildirib: "Bədən yığmısan, gəl, bizi döy! Canlı efirdir. Axı, mən etməmişəm. Sənin oxuduğun mahnı elədirsə, nə edim?! Bunları bir az tərifləyirsən, ulduzlaşırlar. Bu vəziyyət yaranıb".

10:13 - 11 Aprel 2024

Xəbər lenti