"TikTok"da söyüş söyən iki nəfər SAXLANILDI - FOTO

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətindən Titul.az-a verilən məlumata görə, tədbirlərlə 1998-ci il təvəllüdlü, "Po jizni Cesi" ləqəbli Cəsarət Cavadov, 1996-cı təvəllüdlü, "Roşka" ləqəbli Rövşən Süleymanov saxlanılıblar.

Müvafiq qərarla C.Cavadov 30 sutka inzibati qaydada həbs edilib.

R.Süleymanov barəsində araşdırmalar davam etdirilir. Onun da əməllərinə hüquqi qiymət veriləcəkdir.

09:53 - 11 Aprel 2024

Xəbər lenti