Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən "Venera Cup 2024" beynəlxalq turniri başa çatıb.
İsrail, Türkiyə, Ukrayna və.s kimi 7 ölkənin qatıldığı yarışda ümumilikdə 250 yeniyetmə gimnast məharətlərini göstərib. Sözügedən beynəlxalq turnirdə Azərbaycan təmsilçilərindən "ProSport" gimnastika klubunun 29 gimnastı fərqli kateqoriyalarda, fərdi və qrup çıxışları ilə yarışda fərqləniblər. Klubun üzvü olan Gimnastlar ümumilikdə 49 qızıl, 8 gümüş və 5 bürünc medalla yarışı sonlandırıblar.
Prosport" klubunun təsisçiləri beynəlxalq və milli dərəcəli hakim və məşqçilər Leyla Hüseynli Yarışla bağlı bu fikirləri səsləndirib: "Son 3 ay məhz bu yarışa fokuslanaraq intensiv hazırlıq gedirdi. Düşünürəm ki, məqsədimizə nail olduq. Bayrağımızı Gürcüstanda qürurla qaldırdıq. Məlumdur ki, ölkəmizdə digər sahələrə olduğu kimi, gimnastikaya ayrılan diqqət və qayğı göz önündədir. Azərbaycan gimnastikası böyük inkişaf yolu keçib.
Ölkəmizdə gimnastların nailiyyətləri Birinci vitse-prezident Mehriban Əliyevanın böyük diqqət və qayğısı nəticəsində mümkün olub. Ölkənin I vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevaya bu diqət və qayğı üçün öz minnətdarlığımızı bildiririk". Qeyd edək ki, Yeniyetmələr yarışa "Prosport" klubunun təsisçiləri beynəlxalq və milli dərəcəli hakim və məşqçilər Leyla Hüseynli və Samirə Səlimzadənin rəhbərliyi ilə qatılıblar.
15:11 - 10 Aprel 2024