Meyxanaçı Pərviz Bülbülə efirdə ilk qazancından söz açıb.
Titul.az bizim.media-ya istinadən bildirir ki, bu haqda sənətçi qonaq olduğu “Rəngarəng səhər” verilişində deyib.
P.Bülbülə bildirib ki, 16 yaşında oxuduğu azana görə ona köhnə pulla 100 min manat pul veriblər: “İlk qazancımdan danışmaq istəyirəm. Amma bu qazancıma bilmədən yiyələnmişəm. 16 yaşımda Bülbülə kəndində mədrəsə bitirmişəm. Yəni “Qurani -Kərim” oxuyurdum. “Quran” müsabiqəsində qalib olmuşdum. 17 yaşım vardı, nənəm söylədi ki, sən “Qurani-Kərimi” öyrənmisən və bunu bilirsən. Heç olmasa get dünyasını dəyişən qohum-əqraba üçün “Quran” oxu. Razılaşdım…
Getdim, oturdum və oxudum. Bundan sonra bir ailənin başçısı mənə yaxınlaşdı ki, bizim dünyadan köçənlərimiz üçün də “Quran” oxuya bilərsən? Razılaşdım, amma bilməzdim ki, buna görə mənə pul verəcəklər.
Oxumağa başlamazdan əvvəl həmin şəxs cibimə əlini uzadıb oraya nəsə qoyduğunu hiss etdim. Oxudum, bitirdim və sonra əlimi saldım cibimə gördüm ki, o zamanın pulu ilə iki ədəd 50 minlik (5 Şirvan) gördüm. İlk qazancım bu pul oldu. Onunla da gedib evimizə xalça aldım və onu divardan asdım. Hələ də o xalça bizim evimizdə var”.
15:51 - 5 Aprel 2024