Nazir “TikTok”da canlı yayım açan rəis müavinini İŞDƏN ÇIXARDI - FOTO

 Nazir “TikTok”da canlı yayım açan rəis müavinini İŞDƏN ÇIXARDI - FOTO

Fövqəladə Hallar Nazirliyi (FHN) Nəsimi Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini işdən çıxarılıb. 

Titul.az qaynarinfo-ya istinadən xəbər verir ki, müvafiq əmrlə mayor Mirzə Hüseynov tutduğu vəzifədən azad olunub. 

Belə ki, bundan əvvəl rəis müavini "TikTok" sosial şəbəkəsində canlı yayım açaraq qeyri-etik hərəkətlər edib. Onun bu səbəbdən fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən vəzifədən azad olunduğu iddia edilir. 

17:45 - 3 Aprel 2024

Xəbər lenti