"Ünvanlı sosial yardım alanların sayındakı azalma bu istiqamətdə şərtlərə yenidən baxılmasını gündəmə gətirir".
Titul.az xəbər verir ki, bu sözləri ATV-yə açıqlamasında millət vəkili Vüqar Bayramov bilirib.
Onun sözlərinə görə, bəzi ailələrin mülkiyyətində olan avtomobil onların yardım üçün müraciət etməsinə imkan vermir: "Hesab edirəm ki, bu tələblə bağlı şərtlərə dəyişiklik edilməlidir. Bəzi ailələrdə avtomobillər kifayət qədər köhnədir. Bu ailələrin sosial yardım almağa ehtiyacı olsa da həmin proqramdan yararlana bilmirlər".
Ətraflı videometrialda izləyə bilərsiniz:
11:37 - 3 Aprel 2024