Почему на Урале дети стали массово терятся
Правительство РФ хочет найти всех неработающих
В России такого ужаса не было 140 лет: читать здесь
В Татарстане жена жестоко избавилась от мужа при его друге.

Bu rayonların qazı kəsiləcək

 Bu rayonların qazı kəsiləcək

Bu gün Bakının Binəqədi və Bərdənin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Titul.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, "Bərdə" ölçü qovşağından qidalanan Divanlı kənd məktəbinin qaz xətlərinin şəbəkəyə qoşulması, həmçinin Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsində "COP-29" Proqramına əsasən orta təzyiqli qaz xəttinin dayaqlar üzərinə qaldırılması məqsədi ilə aprelin 2-də saat 10:00-dən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir-quraşdırma işləri görülən müddətdə Bərdə rayonunun Şorəlli, Güloğullar, Divanlı kəndlərinin, eləcə də paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi Məlik Aslanov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

10:51 - 2 Aprel 2024

Xəbər lenti

Digər xəbərlər

В мае этим знакам зодиака стоит попытать удачу и разбогатеть
Для дачников по всей России введены штрафы за это: список
У девушки в Тюмени из-за ибупрофена появились язвы: ужас
В России в Кремле заявили о перемирии в честь 9 мая: читать