"Nəsimi" stansiyasında ehtiyatsızlıqdan YANĞIN BAŞ VERİB - VİDEO

"Nəsimi" stansiyasında alışma baş verib.

Titul.az xəbər verir ki, metropolitendən Trend-ə bildirilib ki, "Nəsimi" stansiyasının vestibülündə yerləşən xidməti otaqlardan birinin dəhlizində əməkdaşın ehtiyatsızlığı səbəbilə qida yağı elektrik sobasının üzərinə dağılıb və alışma baş verib.

Alışmanın qarşısı dərhal alınıb.

"Hadisə nəticəsində sərnişinlərin təhlükəsizliyinə xələl gəlməyib", - deyə məlumatda qeyd olunub.

16:51 - 27 Mart 2024

Xəbər lenti