Fövqələdə Hallar Nazirliyi (FHN) Fövqəladə Halların Xəbərdar Edilməsi İdarəsinin rəisi, polkovnik Sahib Rzayev vəzifəsindən azad olunub.
Titul.az Trend-ə istinadən xəbər verir ki, bu ilin avqust ayında sözügedən vəzifəyə təyin edilən polkovnik Sahib Rzayev başqa dövlət qurumunda yeni vəzifəyə keçməsi ilə əlaqədar nazir, general-polkovnik Kəmaləddin Heydərova işdən çıxması ilə bağlı müraciət edib.
Nazirin müvafiq əmri ilə polkovnik Sahib Rzayev vəzifəsindən azad olunub. Kəmaləddin Heydərovun digər əmri ilə qurumun Məxfi İdarəsinin əməkdaşı Vüsalə Ömərli Fövqəladə halların xəbərdar edilməsi idarəsinin rəisi təyin edilib.
Qeyd edək ki, polkovnik Sahib Rzayev Fövqəladə Halların Xəbərdar Edilməsi İdarəsi və Daxili Təhlükəsizlik Baş İdarəsi sabiq rəisi olub.
00:25 - 21 Noyabr 2023