Novruzla bağlı qeyri-iş günlərinin olmasına baxmayaraq, bayramda işləyənlər də az deyil.
Titul.az xəbər verir ki, Baku TV mövzu ilə əlaqədar paytaxt sakinləri arasında sorğu keçirib.
“Bayram günlərində də işə çıxıram. İndi işə gedirəm. Restoranda işləyirəm. İkiqat maaş almıram, əlavə pul da vermirlər. Əksinə, maaşımdan da az verilib”, - sakin deyib.
Bəs bayram günlərində işdə olanlara əməkhaqqı hansı qaydada verilməlidir?
Hüquqşünas Sahib Məmmədov bildirib ki, bayramda, istirahət günlərində işə çıxanlara ikiqat pul ödənilməlidir:
“Elə sahələr var ki, iş dayanmır. Onlarda qrafik üzrə olduğu üçün fərq etmir. Qeyri-formal əmək sektorunda bunu çətin ki, etsinlər”.
Vəkil Hikmət Əliyev isə qeyd edib ki, bayram günlərində və əlavə vaxtlarda işə cəlb edilmiş şəxslərə əlavə haqqın ödənilməməsi işçi tərəfindən şikayət ediləcəyi təqdirdə vəzifəli şəxslər 1500 manatadək məbləğdə məsuliyyətə cəlb edilə bilərlər. Vəkil həmçinin əlavə edib ki, işçi bayram günündə çalışdığı üçün ona ödənilməyən pul vəsaitinin verilməsi ilə bağlı məhkəmədə iddia da qaldıra bilər.
Daha ətraflı materialda:
11:51 - 21 Mart 2024