Ötən gün dəhşətli qəzaya düşənlər Diksiya Akademiyası MMC-nin təsisçisi, direktoru, aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlunun yaxın qohumları imiş.
Titul.az xəbər verir ki, bu barədə məşhur aparıcı özü "Facebook" səhifəsində məlumat verib.
"Konserv qutusuna çevrilmiş bu maşında mənim qardaşlarım, anam, gəlinlərimiz vardı. Bu gün bayramı qeyd etmək üçün bizə qonaq gəlirdilər. Şükür, heç bir xəsarət almadan avtomobildən çıxarıldılar. Allahın möcüzəsi böyükdür", - deyə o qeyd edib.
10:02 - 20 Mart 2024