TikTok-da qaydalar SƏRTLƏŞİR - DİQQƏT!

 TikTok-da qaydalar SƏRTLƏŞİR - DİQQƏT!

Azərbaycanda “TikTok”a qeydiyyat şəxsiyyət vəsiqəsi ilə olacaq. 

Titul.az xəbər verir ki, bu barədə hər hansı bir rəsmi məlumat olmasa da, bu xəbərlər sosial şəbəkələrdə sürətlə yayılmağa başlayıb.

Məlumatda o da qeyd edilir ki, milli dəyərlərimizə zidd olan videolar, canlı yayımlar bloklanacaq.

Həmçinin, özünü normal apara bilməyən yayımçılar nəzarətə götürüləcəklər. 

Bundan başqa, hesaba oturan jetonları rəsmi qaydada, vergi ödəməklə birbaşa banklardan çıxarmaq olacaq.

12:02 - 20 Mart 2024

Xəbər lenti