Tanınmış qarmon ifaçısı VƏFAT ETDİ - FOTO

 Tanınmış qarmon ifaçısı VƏFAT ETDİ - FOTO

Türkiyədə "Bekar gezelim" mahnısı ilə məşhurlaşan "Grup Laçin" musiqi qrupuna ağır itki üz verib.

Titul.az publika.az-a istinadən xəbər verir ki, 90-cı illərə damğa vuran musiqi qrupunun üzvlərindən olan Şeref Baldemir dünyasını dəyişib.

Bu barədə qrupun solisti Serkan Çağrı məlumat yayıb.

O, Şerefin uzun müddət xəstəlikdən əziyyət çəkdiyini bildirib:

"Grup Laçin"in üzvlərindən biri olan qarmon ifaçısı, dəyərli qardaşım Şərif Baldemiri itirdik. Təəssüf ki, o, 2,5 aya yaxın reanimasiyada qaldıqdan sonra həyat mübarizəsini dayandırdı".

09:24 - 19 Mart 2024

Xəbər lenti