Sabah ölkədə qısa iş günü rejimi tətbiq olunacaq.
Titul.az xəbər verir ki, Dövlət Əmək Müfəttişliyi Xidmətindən baku.ws-ə verilən məlumata görə, əmək məcəlləsində qeyd olunan müvafiq maddə sabaha da şamil olunacaq.
Qeyd edilib ki, Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci hissəsinə əsasən Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla, qalan iş yerlərində səsvermə, iş günü hesab edilməyən bayram günləri və Ümumxalq Hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.
"Operativ Media"nın xəbərinə görə, Azərbaycanda 20, 21, 22, 23, 24 mart – Novruz bayramı günləridir. Beşgünlük iş həftəsində isə 25 və 26 mart tarixləri də qeyri-iş günləri hesab edilir.
Bununla əlaqədar beşgünlük, həmçinin altıgünlük iş həftəsində 19 mart tarixi bayramqabağı iş günü olduğundan iş yerlərində (Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla) həmin iş gününün müddəti bir saat qısaldılır.
15:06 - 18 Mart 2024