Azərbaycanlı məşhura 200 min avroluq LÜKS AVTOMOBİL HƏDİYYƏ EDİLDİ - VİDEO

 Azərbaycanlı məşhura 200 min avroluq LÜKS AVTOMOBİL HƏDİYYƏ EDİLDİ - VİDEO

Məşhur fotoqraf Zeynal Məmmədliyə xəyalı olan avtomobil hədiyyə edilib.

Titul.az xəbər verir ki, qiyməti təxminən 170-200 min avro arasında dəyişən "BMW i8" kifayət qədər bahalı və bir o qədər qeyri-adi dizayna malik avtomobili fotoqrafa kimin hədiyyə etdiyi məlum deyil.

Lakin İran əsilli iş adamı Manuçehr Əhədpurun həyat yoldaşı - azərbaycanlı model Diana Əhədpurla yaxın münasibəti ilə tanınan Zeynala bu avtomobili məhz modelin hədiyyə etdiyi ehtimalları da yüksəkdir.

Qeyd edək ki,  BMW i8-in əsas xüsusiyyəti ön təkərlərinin elektrikli mühərriklə, arxa təkərlərinin isə benzinli turbo mühərriklə təchiz edilməsidir. BMW i8-in bir digər xüsusiyyəti isə 4 təkərinin də çəkmə qabiliyyətinin olmasıdır.   Avtomobilin mühərriki 362 at gücünə malikdir. BMW i8-in maksimum sürəti 250 kilometrdir.  BMW i8 modelinin yanacaq sərfiyyatı 100 kilometrdə 2,5 litrdən aşağıdır. Avtomobil 1,5 litr silindr həcminə malikdir. BMW i8 100 km məsafəni 4,5 saniyədə yığa bilir.

12:23 - 16 Mart 2024

Xəbər lenti