İstanbulda Özgür Nayman adlı şəxs həyat yoldaşını və 3 azyaşlı uşağını qətlə yetirib.
Titul.az Trend-ə istinadən xəbər verir ki, ailə başçısı dəhşətli cinayəti törətdikdən sonra intihar etmək qərarına gəlib. Yaşadıqları evdə hər bir ailə üzvünü tapança ilə atəş açaraq qətlə yetirən Özgür son gülləni özünə vurub.
Hadisə yerinə gələn polislər və çağırılan təcili yardım briqadaları qarşılaşdıqları mənzərədən dəhşətə gəliblər. Məlum olub ki, qatildən başqa hər 4 şəxs (üçü uşaq olmaqla) hadisə yerindəcə dünyasın dəyişib. Sağ qalan Özgür isə xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı İstanbul polisində araşdırmalar davam etdirilir.
23:25 - 20 Noyabr 2023